“Qəbələ”nin futbolçusu Gürcüstan millisinə çağrılıb

Gürcüstan millisinin dünya çempionatının seçmə mərhələsidə ilk oyunu üçün heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, heyətdə Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçu da var. Bu, “Qəbələ”nin üzvü Nika Kvekveskiridir.

Yay fasiləsində Bakı “İnter”ni bu komandaya dəyişən 24 yaşlı futbolçunun çıxışı baş məşqçisi Vladimir Vayssın  diqqətini cəlb edib. O, 28 nəfərlik siyahıya yarımmüdafiəçinin də adını salıb.

Gürcüstan millisi DÇ-2018-in seçmə qrup mərhələsində ilk oyununu sentyabrın 5-də avstriyalı həmkarlarına qarşı oynayacaq.

Həmin kateqoriyadan