“Qəbələ”nin “Krasnodar”la səfər matçı polşalı hakimlərə tapşırıldı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” ilə Rusiya “Krasnodar”ı arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı polşalı hakimlərə tapşırıb.

Oyunun baş hakimi Marçin Borski olacaq. Ona yan xətt hakimləri Rafal Rostovski və Marçin Boniek kömək edəcək. Dördüncü hakim funksiyasını isə Kriştov Mirmus yerinə yetirəcək.

Qeyd edək ki, “Krasnodar” – “Qəbələ” oyunu oktyabrın 2-də “Kuban” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Həmin kateqoriyadan