- Baxış sayı: 43
- 17 İyun 2026 17:35
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Yunanıstan çempionatında 3-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Veria” ilə qarşılaşıb. Matç “Qəbələ”nin rəqibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Geridə qalan 3 turda 4 xal toplamış PAOK hazırda 16 klub arasında 4-cüdür.
Maraq üçün onu da xatırladaq ki, “Qəbələ” Avroliqanın qrup mərhələsindəki ilk matçını məhz PAOK-a qarşı keçirəcək. Bu görüş sentyabrın 17-də keçiriləcək.