“Qəbələ”nin rəqibi La Liqa klubundan 3 qol buraxdı

Yunanıstanın “Panatinaikos” klubu yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin rəqibi olan bu komanda səfərdə İspaniyanın “Real Sosyedad” klubu ilə qarşılaşıb.

Matç Afina klubunun böyük hesablı məğlubiyyəti ilə başa çatıb. Rəqibinin müqavimətini yalnız son 10 dəqiqədə qırmağı bacaran La Liqa təmsilçisi “Qəbələ”nin rəqibini 82, 88 və 89-cu dəqiqələrdə məyus edib.

Qeyd edək ki, “Panatinaikos”la “Qəbələ” arasındakı ilk oyun avqustun 20-da Bakıda, cavab görüşü isə ayın 27-də Afinada keçiriləcək.

Həmin kateqoriyadan