- Baxış sayı: 59
- 06 Noyabr 2026 11:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Krasnodar” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Lokomotiv”lə qarşılaşıb. Matç Moskva klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Krasnodarlıların yeganə qolunu 11-ci dəqiqədə Fyodr Smolov vurub. Amma qalan dəqiqələrdə iki qol buraxması bu komandanın məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, “Krasnodar” hazırda 9 xalla 8-ci pillədə qərarlaşıb.