“Qəbələ”nin rəqibi Serbiya çempionatına möhtəşəm qələbə ilə başladı

Serbiya çempionatında yeni mövsümə start verilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Çukariçki” də yeni mövsümdə ilk çempionat oyununu keçirib.

Sözügedən komanda səfərdə “Voyvodina”nın qonağı olub. Qarşılaşma “Qəbələ”nin rəqibinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Andriya Pavloviçin het-trikə imza atdığı qarşılaşmada digər qolu ilk oyunda “Qəbələ”nin qapısına penaltidən yol tapan Nikola Stoyilkoviç vurub.

Qeyd edək ki, “Çukariçki” – “Qəbələ” matçı 1:0 hesabıyla Serbiya klubunun xeyrinə başa çatmışdı. Bu komandalar arasındakı cavab görüşü iyulun 23-də baş tutacaq.

Həmin kateqoriyadan