- Baxış sayı: 46
- 17 İyun 2026 17:35
- Baxış sayı: 60
- İyun 30, 2026
- 0
Yunanıstanın “Panatinaikos” klubu bu gün yoxlama oyunu keçirəcək. Allsport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin rəqibi olan bu komanda səfərdə İspaniyanın “Real Sosyedad” klubu ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə 23:00-da start götürəcək. Afina klubunun baş məşqçisi bu oyun üçün səfərə 22 futbolçu aparıb.
Qeyd edək ki, “Panatinaikos”la “Qəbələ” arasındakı ilk oyun avqustun 20-da Bakıda, cavab görüşü isə ayın 27-də Afinada keçiriləcək.