- Baxış sayı: 60
- 06 Noyabr 2026 11:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Yunanıstan çempionatında 2-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Pas Qyannina” ilə qarşılaşıb. Matç “Qəbələ”nin rəqibinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, geridə qalan iki turda cəmi 1 xal toplamış PAOK hazırda 16 klub arasında 12-cidir.