- Baxış sayı: 30
- 02 Noyabr 2026 10:39
- Baxış sayı: 262
- Oktyabr 25, 2026
- 0

Fransa millisinin baş məşqçisi Didye Deşam millətlər liqasında İtaliya üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Allsport.az xəbər verir ki, 56 yaşlı mütəxəssis nəticədən razı qalıb:
“Qələbə qazanmağın çətin olacağını bilirdik, çünki İtaliya millisi son oyunlar əla formada idi. Yenidən birinci yerə yüksəldik və düşünürəm ki, buna layiqik.
Fransa və İtaliya yığmaları hərəyə 13 xal toplayaraq A2 qrupunun ilk iki pilləsində qərarlaşıb və bununla da millətlər liqasının 1/4 finalına vəsiqə qazanıblar.