Qətərli sərmayəçilər “qırmızı şeytanlar”a sahiblənmək istəyirlər

Qətərli sərmayəçilər “qırmızı şeytanlar”a sahiblənmək istəyirlər

Noyabrın sonunda Qleyzer ailəsi “Mançester Yunayted”i satmağa hazır olduqlarını açıqlamışdı. Allsport.az saytı xəbər verir ki, mümkün alıcılar arasında ABŞ-ın “Apple” korporasiyası, ingilis iş adamı Cim Ratkliff (“Çelsi”ni almağa cəhd edib), lakin indi yeni oyunçu peyda olub – Qətər investorları, daha doğrusu, əmir Təmim ibn Həməd Əl Tani (şəkildə solda). Bəli, bəli, 2011-ci ildə “Qatar Sports İnvestment” vasitəsilə PSJ-ni alan o idi.

Asiyalılar “Mançester Yunayted”in infrastrukturuna sərmayə qoymağa hazırdır: “Old Trəfford”u yenidən qurmağa və ya hətta yeni stadion tikməyə. Tvitteri dolduran insayderlər arasında bir şeyi izah edən maraqlı söz-söhbət var. Məsələ burasındadır ki, ərəb iş adamı “qırmızı şeytanlar”ın azarkeşidir…

Həmin kateqoriyadan