“Qarabağ” – “Anderlext” matçı avstriyalılara həvalə olundu

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la Belçika “Anderlext”i arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı avstriyalı hakimlərə tapşırıb.

Oyunun baş hakimi Oliver Draxta olacaq. Ona yan xətt hakimləri Roland Brandner və Stefan Kuer kömək edəcək. Dördüncü hakim funksiyasını isə Roland Ridel yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” – “Anderlext” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.

Həmin kateqoriyadan