“Qarabağ” – “Anderlext” matçı öncəsi mətbuat konfransları keçiriləcək

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində oktyabrın 1-də  baş tutacaq “Qarabağ” – “Anderlext” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

Allsport.az xəbər verir ki, “Qarabağ”ın baş məqçisi Qurban Qurbanov və komandanın bir futbolçusu sabah 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq. “Anderlext”in baş məşqçisi Besnik Hasi isə 19:30-da mətbuat konfransında iştirak edəcək.

“Qarabağ”ın açıq məşqi 18:30-da Suraxanıdakı bazada olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq. 18:45-də isə klub tərəfindən ayrılmış avtobus media mənsublarını Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.

“Qarabağ”:

Mətbuat konfransı – 15:00 (T. Bəhramov adına Respublika stadionu)
Məşq – 18:30 (“Qarabağ”ın bazası, Suraxanı qəsəbəsi)

“Anderlext”:

Mətbuat konfransı – 19:30 (T. Bəhramov adına Respublika stadionu)
Məşq – 20:00 (T. Bəhramov adına Respublika stadionu)

Həmin kateqoriyadan