“Qarabağ” ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsində!

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ” da beynəlxalq arenada növbəti sınağına çıxıb.

Xatırladaq ki, son Azərbaycan çempionu bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Ağdam klubu Çernoqoriyanın “Rudar” klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın “Seltik” klubuna uduzdu (səfərdə 0:1, evdə 0:0) və hazırda Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalıb.

Ağdamlıların pley-off mərhələsindəki rəqibi də ciddi komandaydı. “Qarabağ” bu mərhələdə İsveçrə “Yanq Boyz”unu mübarizədən kənarlaşdırmalıydı. Qurban Qurbanovun komandası səfərdə baş tutan ilk oyunda qələbə qazandığından, tarixində ikinci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqəni rəsmiləşdirməyə çox yaxın idi. Gözlənildiyi kimi, ağdamlılar sürprizə imkan verməyiblər və Azərbaycan futbolu tarixində ilk dəfə ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsinə çıxıblar.

Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunu)
27 avqust

“Qarabağ” – “Yanq Boyz” – 3:0 (2:0)
Qollar: R.Almeyda, 4-pen. (1:0). Reynaldo, 43 (2:0). Ə.İsmayılov, 61 (3:0).
Qırmızı vərəqə: S.F.Bergen, 3.
Sarı vərəqə: A.Qonsales, 16. L.Bertone, 51. R.Almeyda, 51. F.Haderqyonay, 88.
Hakimlər: Gediminas Majeyka, Vitautas Şimkus, Vitenis Kazlauskas, Sergey Sliva (Litva).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 1:0.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (6. Vüqar Mustafayev, 85), 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (29. Raydell Pupon, 71), 77. Cavid Tağıyev (91. Coşqun Diniyev, 78), 9. Reynaldo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə, 7. Namiq Yusifov.
Baş məşqçi: Qurban Qurbanov.
“Yanq Boyz”: 18. Yvon Mvoqo, 3. Florent Haderqyonay, 4. Milan Vilotiç, 5. Stiv fon Bergen (k), 23. Skott Satter, 6. Leonardo Bertone, 7. Miraləm Süleymani (29. Rafael Nutsolo, 65), 28. Denis Zəkəriyyə, 30. Aleksandr Qonsales, 31. Yuya Kubo (14. Milan Qayiç, 80), 99. Gilyam Oaro (77. Samuel Afum, 54).
Ehtiyat oyunçular: 1. Marko Volfli, 8. Yan Leçyaks, 21. Aleyn Roşa, 20. Haris Tabakoviç.
Baş məşqçi: Harald Qamperle.

Həmin kateqoriyadan