“Qarabağ” Avropa Liqasına hansı futbolçularla yollanır?

“Qarabağ” Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 24 futbolçuya güvənir. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 12-si yarımmüdafiəçi, 3-ü hücumçudur.

Qeyd edək ki, “Qarabağ” “J” qrupunda İngiltərənin “Tottenhem”, Fransanın “Monako” və Belçikanın “Anderlext” klubları ilə mübarizə aparacaq.

Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Xalid Oğuzxan;

Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadiqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Vüqar Mustafayev, 8. Miçel, 10. Dani Kintana, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 67. Əlhərbi El Jadeyui, 70. Çumbinyo, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev;

Hücumçular: 9. Reynaldo, 29. Raydell Pupon, 90. Samuel Armenteros.

 

Həmin kateqoriyadan