“Qarabağ” Avropa Liqasına sülhlə başladı

“Qarabağ” Avropa Liqasına sülhlə başladı

Bu gün Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” evdə Çex Respublikasının “Slovan” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma start götürən kimi çexlər hesabı açıblar. Yan Sikoranın 10-cu saniyədə vurduğu qol həm də Avroliqanın tarixinə düşüb. Belə ki, bu qol sözügedən turnirdə ən erkən qol olub.

“Qarabağ” bu qola tez cavab verib. 2-ci hissədə “Slovan” yenidən hesabda önə keçib. Amma Azərbaycan çempionu son saniyələrdə kapitan Rəşad Sadıqovun vurduğu qolla məğlubiyyətdən xilas olub – 2:2.

Həmin kateqoriyadan