“Qarabağ” Avropanın 120 ən yaxşı klubu siyahısında

UEFA Çempionlar Liqasının və Avropa Liqasının 2-ci təsnifat mərhələsində klubların reytinq siyahısı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan komandaları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur.

Ağdam klubu 13,375 xalla 120-ci pillədə qərarlaşıb. 2-ci yerdə “Neftçi” qərarlaşıb – 9,125 xalla 156-cı yer.

Digər təmsilçilərimizin reytinqdəki mövqeyi isə belədir: “Qəbələ” – 5,625 (211), “İnter” – 5,373 (219), “Xəzər Lənkəran” – 3,875 (284), “Kəpəz” – 3,375 (312), “Bakı” – 3,125 (323).

Həmin kateqoriyadan