“Qarabağ” Avstriya klubuna uduzdu

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, Ağdam klubu yerli “Horn” komandasıyla qarşılaşıb.

Ağdam klubu ilk yarıda 3 qol buraxdığı matçdan məğlub ayrılıb. İkinci hissədə Reynaldo het-trikə imza atsa da, bu, məğlubiyyətdən yaxa qurtarmağa yetərli olmayıb.

Qeyd edək ki, “Qarabağ” növbəti sınaq matçlarını iyulun 3-də Rumıniyanın “Styaua” və ayın 7-də Rusiyanın “Lokomotiv” klubuna qarşı keçirəcək.

Yoxlama oyunu
30 iyun

“Qarabağ” – “Horn” – 3:4 (0:3)
Qollar: Reynaldo, 47 (1:3), 68 (2:4), 85 (3:4).

“Qarabağ”ın start heyəti: Fərhad Vəliyev, Maksim Medvedev, İlqar Qurbanov, Elvin Yunuszadə, Namiq Yusifov, Vüqar Mustafayev, Azər Salahlı, Eltun Yaqublu, Coşqun Diniyev, Elvin Məmmədov, Cavid Tağıyev.

İkinci hissə heyəti: İbrahim Şehiş, Maksim Medvedev, Bədavi Huseynov, Rəşad Sadıqov, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Dani Kintana, Cavid Tağıyev, Alharbi El Jadeyui, Reynaldo.

Həmin kateqoriyadan