“Qarabağ” Avstriyada son məşqə çıxdı

“Qarabağ”ın Avstriyada keçdiyi təlim-məşq toplanışı sona yaxınlaşır. Allsport.az xəbər verir ki, iyunun 18-dən Kössen qəsəbəsində hazırlıqlarını sürdürən komanda ötən axşam sonuncu məşqinə çıxıb.

Futbolçular yerli vaxtla 19:30-da (Azərbaycan vaxtıyla 22:30) Kössen qəsəbə stadionunda 90 dəqiqəlik çalışma yerinə yetiriblər. Məşq taktiki çalışma üzərində baş tutub.

Bu gün sonuncu yoxlama oyununa çıxacaq komandanın rəqibi Rusiya “Lokomotiv”i olacaq. Oyun Kössen qəsəbə stadionunda keçiriləcək. Matçın başlama saatı 18:30-a (Azərbaycan vaxtıyla 21:30) nəzərdə tutulub.

Sabah, iyulun 8-də isə komanda artıq Azərbaycana qayıdacaq. Ağdam klubu Münhen – İstanbul – Bakı reysiylə vətənə dönəcək.

Həmin kateqoriyadan