- Baxış sayı: 38
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 219
- Avqust 05, 2026
- 0

“Qarabağ” bu gün Çernoqoriyaya yollanır. Allsport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Rudar”la cavab oyununa çıxacaq Ağdm klubu Bakı – Podqoritsa reysiylə hərəkət edəcək. “Qarabağ”ın Bakı vaxtıyla 23:00-da Çernoqoriyada olması ehtimal olunur.
Sabah komanda oyunöncəsi sonuncu məşqinə çıxacaq. Ağdamlılar yerli vaxtla 20:30-da (Azərbaycan vaxtıyla 23:30) məşqə çıxacaq. Bundan 15 dəqiqə öncə isə baş məşqçi Qurban Qurbanov jurnalıstlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Rudar” – “Qarabağ” oyunu iyulun 22-də keçirilcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.