“Qarabağ” – “Düdelanj” görüşünün ən ucuz bileti 1, ən bahasının qiyməti 30 manatdır

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda keçiriləcək “Qarabağ” – “Düdelanj” (Lüksemburq) qarşılaşmasının biletləri satışa çıxır. Allsport.az saytı xəbər verir ki, azarkeşlər iyulun 7-də, saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

“Qarabağ” – “Düdelnaj” matçı iyulun 12-də mərkəzi arenada keçiriləcək və saat 21:00-da start götürəcək. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN
11-13 və 16-18 nömrəli sektorlar – 5 AZN
VİP (14-15 sektorlar) – 30 AZN

Həmin kateqoriyadan