- Baxış sayı: 38
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Lüksemburq “Düdelanj”ına qarşı keçirəcəyi ilk oyunun biletləri satışa çıxarılıb.
Allsport.az saytı xəbər verir ki, biletlərin qiyməti yerindən asılı olaraq 1-5 manat aralığında dəyişir. VİP yerlərə isə biletlərin qiyməti 30 manatdır.
Biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. Matç iyulun 12-də keçiriləcək və saat 21:00-da başlayacaq.