“Qarabağ” flaqmanımızın qənimini sınağa çəkəcək

“Qarabağ”ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu Albaniyanın ən titullu komandalarından olan son çempion “İsgəndərbəy”lə qarşılaşacaq.

Bu görüş iyulun 1-də baş tutacaq. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.

Xatırladaq ki, “Qarabağ” ilk yoxlama oyununu bu gün yerli “Vakker İnsbruck”a, 2-ci sınaq matçını isə iyunun 28-də 4-qat Rusiya çempionu “Zenit”ə qarşı keçirəcək.

Həmin kateqoriyadan