- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 118
- Sentyabr 23, 2026
- 0

“Qarabağ” yay transfer dönəmində ilk əcnəbi transferini reallaşdırıb. Allsport.az xəbər verir ki, Ağdam klubu Fransanın Liqa 1 təmsilçisi “Lans”da forma geyinən Alharbi El Jadeyuinin keçidini həll edib.
29 yaşlı Əlcəzair əsilli mərakeşli futbolçu vinger mövqeyində oynayır. Yarımmüdafiənin hər 2 cinahında oynamağı sevir. Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbinin karyerasının ən yaxşı mövsümü sonuncu ili olub. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb. Son illər yüksələn qrafiklə fərqlənən futbolçu Mərakeş millisinə də çağrılıb.
Bu gün futbolçuyla 2 illik müqavilə bağlanılıb. Alharbi “Qarabağ”da 10 nömrəli futbolkanı daşıyacaq.