“Qarabağ” – “İnter” matçı üçün 31 min bilet

UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın qrup mərhələsinin son turunda İtaliya “İnter”inə qarşı keçirəcəyi matça maraq olduqca böyükdür. Allsport.az xəbər verir ki, bunu nəzərə alan klub rəhbərliyi 30 mindən çox bilet satışa çıxaracaq.

Klubdan verilən məlumata görə, dekabrın 8-dən etibarən 30 min 920 bilet satışa çıxarılacaq. Biletlərin qiymətləri həmişəki kimi, 1 manatdan 10 manata qədər olacaq. VİP üçün biletlərə isə 50 manat qiymət qoyulacaq.

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Həmin kateqoriyadan