“Qarabağ” “Kayrat” səfərində

Bu gün konfrans liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

Allsport.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası Qazaxıstanda “Kayrat”ın qonağı olacaq.

Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdən də yaxşı nəticə ilə qayıtmaq niyyətindədir. “Qarabağ” bu gün pley-offa vəsiqəni də təmin edə bilər. Bunun üçün təmsilçimiz qalib gəlməli, həmçinin “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır. Bu nəticələr qeydə alınsa, “Qarabağ” kimi 7 xalı olan “Bazel” də pley-offa yüksələcək.


4 noyabr

Konfrans liqası

H” qrupu, 4-cü tur

19:30. “Kayrat” (Qazaxıstan) – “Qarabağ” (Azərbaycan)
Baş hakim
: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi arena

Həmin kateqoriyadan