“Qarabağ” məğlubiyyətlə üzləşdi

Bu gün Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ” da qrupdakı növbəti oyununa çıxıb.

Ağdam klubu səfərdə Fransanın “Monako” klubunun qonağı olub. Təmsilçimiz qrupdan çıxmaq şanslarını yaxşılaşdırmaq üçün bu çətin səfərdən ən azı bir xalla qayıtmağa borclu idi. Amma təəssüf ki, Qurban Qurbanovun çalışdırdığı komanda bu görüşdə minimal hesablı məğlubiyyətlə üzləşib.

Bu gün “Qarabağ”ın yer aldığı qrupun digər oyununda Belçika “Anderlext”i doğma meydanda İngiltərə “Tottenhem”i ilə münasibətlərinə aydınlıq gətirib. Həmin görüşdə belçikalılar 2:1 hesabıyla qalib gəliblər.

UEFA Avropa Liqası
J qrupu
3-cü tur
22 oktyabr

“Monako” – “Qarabağ” – 1:0 (0:0)
Qol: L.Traorer, 70 (1:0).
Sarı vərəqə: Uallas, 40. R.Karvalyo, 53. A.Aqolli, 76.
Baş hakim: Yakob Kehlet (Danimarka).
Monako. “Lui II” stadionu.

“Monako”: 1. Daniyel Subaşiç, 2. Fabinyo, 6. Rikardo Karvalyo, 13. Uallas, 24. Andrea Racci, 8. Joao Moutinyo, 10. Bernardo Silva (20. Mario Paşaliç, 57), 27. Tomas Lemar (7. Nabil Dirar, 79), 28. Jeremi Tulalan (k), 19. Lasina Traore (11. Quido Karrilyo, 90+1), 22. Stefan Əl Şaaravi.
Ehtiyat oyunçular: Pol Nardi, 21. Elderson, 47. Kevin N`Doram, 17. İvan Kavaleyro.
Baş məşqçi: Leonardo Jardim.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana (70. Çumbinyo, 59), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (29. Raydell Pupon, 71), 67. Əlhərbi Əl-Jadeyui (11. Elvin Məmmədov, 77), 90. Samuel Armenteros.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Mişel.
Baş məşqçi: Qurban Qurbanov.

Həmin kateqoriyadan