“Qarabağ” növbəti mərhələdə “Seltik”lə oynayacaq

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi dəqiqləşib. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti mərhələdə Şotlandiyanın “Seltik” klubu ilə üz-üzə gələcək.

Sözügedən komanda ÇL-in ikinci təsnifat mərhələsində İslandiya çempionu “Styarnan”ı mübarizədən kənarlaşdırıb. Doğma meydanda 2:0 hesabıyla qalib gəlmiş Şotlandiya nəhəngi səfərdə də 4:1 hesabıyla üstün olub.

Qeyd edək ki, “Qarabağ” da ikinci təsnifat mərhələsində Çernoqoriyanın “Rudar” klubuna qalib gəlib. Evdə qolsuz bərabərliyə razılaşan ağdamlılar səfərdə 1:0 hesablı qələbə sayəsində mərhələ keçiblər.

“Qarabağ”la “Seltik” arasındakı ilk oyun iyulun sonunda Şotlandiyada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Həmin kateqoriyadan