“Qarabağ” “Rudar”a Bakıda qalib gələ bilmədi

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən son ölkə çempionu “Qarabağ” da ilk sınağına çıxıb.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya “Rudar”ıdır. Komandamızın bu rəqibini keçəcəyinə şübhə edən, demək olar ki, yoxdur. Amma təbii ki, həddən ziyadə arxayınlıq mənfi nəticələrə gətirib çıxara bilər. Buna görə də Qurban Qurbanovun komandası maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərini dəyərləndirməklə, cütün taleyini elə Bakıdakı matçda həll etməliydi. Lakin çox təəssüf ki, bütün cəhdlərinə baxmayaraq, təmsilçimiz ev oyununda rəqib qapısına yol tapa bilmədi. Bu üzdən də cütün taleyinə Çernoqoriyadakı oyunda aydınlıq gələcək.

Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (ilk oyun)
15 iyul

“Qarabağ” – “Rudar” – 0:0
Sarı vərəqə: Q.Qarayev, 43. R.Jivkoviç, 48. J.Tomaşeviç, 78. S.Relyiç, 80. İ.İvanoviç, 88.
Baş hakim: Sebastyan Koltesku (Rumıniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (91. Coşqun Diniyev, 74), 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Alharbi Əl Jadeyui, 77. Cavid Tağıyev (11. Elvin Məmmədov, 67).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 19. Azər Salahlı, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
“Rudar”: 1. Miloş Radanoviç, 3. Dyordye Dyuriç, 11. Duşan Nesteroviç, 15. Radule Jivkoviç (7. Jeliko Tomaşeviç, 66), 16. Miroye Yovanoviç (18. Stevan Relyiç, 60), 17. Mirko Radişiç, 9. İvan Knejeviç (2. Alfonse Soppo, 86), 14. Predraq Brnoviç, 20. Nedeliko Vlahoviç (k), 8. Marko Vukoviç, 10. İqor İvanoviç.
Ehtiyat oyunçular: 12. Marko Lazareviç, 4. Vladan Qordiç, 13. Miliya Qoluboviç, 6. Deyan Damyanoviç.
Baş məşqçi: Mirko Mariç.

Həmin kateqoriyadan