“Qarabağ” “Rudar”a cavab matçında qalib gəldi

UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində bu mövsüm yenə son ölkə çempionu “Qarabağ” təmsil edir.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya “Rudar”ı idi.

Bakıdakı oyunda bu rəqinin müqavimətini qıra bilməyən Qurban Qurbanovun komandası növbəti mərhələyə vəsiqənin taleyinə cavab görüşündə həll etmək məcburiyyətində qalmışdı. Petrovaçdakı görüşdə də uzun müddət qapılara yol tapılmayıb. Amma 57-ci dəqiqədə Reynaldonun vurduğu top bu görüşdə yeganə qol olub və Ağdam klubu minimal hesablı qələbə sayəsində mərhələ adlayıb.

Çempionlar Liqası
İkinci təsnifat mərhələsi (cavab oyunu)
22 iyul

“Rudar” – “Qarabağ” – 0:1 (0:0)
Qol: Reynaldo, 57 (0:1).
Sarı vərəqə: N.Vlahoviç, 44. İ.Knejeviç, 54. R.Jivkoviç, 64.
Baş hakim: Georgi Kabakov (Bolqarıstan).
Petrovaç. “Pod Malim Brdom” stadionu.

“Rudar”: 1. Miloş Radanoviç, 3. Dyordye Dyuriç, 11. Duşan Nesteroviç, 15. Radule Jivkoviç, 16. Miroye Yovanoviç (2. Alfonse Soppo, 82), 17. Mikro Radişiç, 9. İvan Knejeviç, 14. Predraq Brnoviç, 20. Nedelyko Vlahoviç (k), 8. Marko Vukoviç (18. Stevan Relyiç, 78), 10. İqor İvanoviç.
Ehtiyat oyunçular: 12. Marko Lazareviç, 4. Vladan Qordiç, 7. Jeliko Tomaşeviç, 13. Miliya Qoluboviç, 6. Deyan Damyanoviç.
Baş məşqçi: Mirko Mariç.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 64), 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Alharbi Əl Jadeyui (77. Cavid Tağıyev, 56), 91. Coşqun Diniyev (11. Elvin Məmmədov, 79).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 29. Raydell Pupon.
Baş məşqçi: Qurban Qurbanov.

Həmin kateqoriyadan