“Qarabağ” sabah yola düşür

“Qarabağ” Monakoya yola düşür. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Monako”nun qonağı olacaq Ağdam klubu sabah səhər məşq edib ölkəni tərk edəcək.

Ağdamlılar Bakı-Nitsa reysi ilə hərəkət edəcək, Nitsa şəhərindən isə Monakoya yollanacaq. “Qarabağ”ın uçuşunun sabah 18:00-da reallaşacağı ehtimal olunur.

Qeyd edək ki , “Monako”- “Qarabağ” oyunu oktyabrın 22-də “Stade Louis II” stadionunda baş tutacaq və saat 22:00-da start götürəcək.

Həmin kateqoriyadan