FOTO
“Qarabağ” – “Seltik” matçına bilet satışı bərpa olundu

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan çempionu “Qarabağ”la Şotlandiya “Seltik”i arasındakı cavab qarşılaşmasının biletlərinin satışı bu gün bərpa olunub. Allsport.az xəbər verir ki, Ağdam klubu tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib. Eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

“Qarabağ” FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla “işbaz”ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız.

Həmin kateqoriyadan