- Baxış sayı: 61
- 06 Noyabr 2026 11:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avropa Liqasının qrup mərhələsinin ilk oyununda keçiriləcək “Qarabağ” – “Slovan” (Libereç, Çex Respublikası) matçının hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, UEFA bu oyunu isveçrəli hakimlərə həvalə edib.
Qarşılaşmanın baş referisi Ştefan Klossner olacaq. Ona yan xətt ədalət təmsilçiləri Rafael Çeder, Jan-İv Vixt kömək edəcəklər. Dördüncü referi funksiyasını isə Yohannes Foqel yerinə yetirəcək. Qapı arxası hakimlər Alen Byeri və Saşa Amhof olacaqlar.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun sentyabrın 15-də “Dalğa Arena”da keçiriləcək və saat 19:00-da start götürəcək.