- Baxış sayı: 38
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

Bu gün Avropa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində növbəti cavab oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi “Qarabağ” Lüksemburqda “Düdelanj”ın qonağı olub.
Bakıdakı ilk görüşdə 2:0 hesablı qələbə qazanan ölkə çempionu cütün favoriti idi. “Atlılar” səfərdə rəqibin 11-metrlik cərimə zərbəsini, üstəlik, məğlub duruma düşsə də, son dəqiqələrdə Reynaldonun fərdi ustalığı sayəsində vurduğu qolla hesaba tarazlıq gətirib, növbəti mərhələyə adlayıb (1:1).