- Baxış sayı: 62
- 08 May 2026 20:02
- Baxış sayı: 167
- May 08, 2026
- 0
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ” Qlazqoya səfərə hazırlaşır. Allsport.az xəbər verir ki, Ağdam klubu Şotlandiyaya birbaşa Bakı – Qlazqo reysiylə yollanır. Komandamız saat 22:30-da yola düşəcək. Şotlandiyanın paytaxtına uçuş təxminən 6 saat çəkəcək.
“Qarabağ” sabah oyunun keçiriləcəyi “Seltik Park”da 19:45-də (Azərbaycan vaxtıyla 23:45-də) oyunöncəsi sonuncu məşqinə çıxacaq. Buna qədər isə baş məşqçi Qurban Qurbanov media mənsublarının önünə çıxaraq sualları cavablandıracaq.
Qeyd edək ki, “Seltik” (Şotlandiya) – “Qarabağ” (Ağdam) qarşılaşması avqustun 5-də keçiriləcək və saat 23:45-də start götürəcək.