- Baxış sayı: 40
- 11 Noyabr 2026 11:52
- Baxış sayı: 340
- Noyabr 09, 2026
- 0

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu Avropa kubokunda bu gün növbəti matçını keçirib.
Allsport.az xəbər verir ki, təmsilçimiz yarışın III mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə üz-üzə gəlib.
Mingəçevir şəhərindəki “Kür” olimpiya idman tədris mərkəzində təşkil olunan görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 20:33.
Komandalar arasında cavab oyunu sabah eyni məkanda baş tutacaq.