“Qarabağ” ümumi əmsala 0,250 xal da yazdırıb

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində Çex Respublikasının “Slovan” klubu ilə heç-heçə sayəsində Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını yaxşılaşdırıb. Allsport.az saytı xəbər verir ki, Bakıda qeydə alınan 2:2 hesablı nəticə ölkəmizə əlavə 0,250 xal qazandırıb.

Təəssüf ki, “Qəbələ” səfərdə Blçika “Anderlext”inə uduzmaqla reytinqə töhfə verə bilməyib. Artıq son beş ildə qazanılan uğur sayəsində 16,750 reytinq xalı var. Azərbaycan sıralamada 25-ci pillədədir.

Həmin kateqoriyadan