“Qarabağ” və “Qəbələ”nin qrup mərhələsindəki rəqibləri müəyyənləşib

Avropa Liqanın qrup mərhələsinə yüksələn “Qarabağ” və “Qəbələ” klublarının rəqibləri bu gün müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Monakoda keçirilən püşkatmada 48 komanda 12 qrupa bölünüb.
Bu mübarizədə iştirak edəcək 48 kollektivin bölündüyü səbətlərin tərkibi belə idi (Qeyd edək ki, ilk turunun oyunları sentyabrın 15-də keçiriləcək):

1-ci səbət: “Şalke” (Almaniya), “Zenit” (Rusiya), “Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Donetsk, Ukrayna), “Atletik” (İspaniya), “Olimpiakos” (Yunanıstan), “Vilyarreal” (İspaniya), “Ayaks” (Niderland), “İnter” (İtaliya), “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Viktoriya” (Plzen, Çex Respublikası)

2-ci səbət: “AZ Alkmaar” (Niderland), “Braqa” (Portuqaliya), “Zalsburq” (Avstriya), “Roma” (İtaliya), “Fənərbağça” (Türkiyə), “Sparta” (Praqa, Çex Respublikası), PAOK (Yunanıstan), “Styaua” (Rumıniya), “Genk” (Belçika), APOEL (Kipr), “Standard” (Belçika), “Sent-Etyen” (Fransa)

3-cü səbət: “Gent” (Belçika), “Yanq Boyz” (İsveçrə), “Krasnodar” (Rusiya), “Rapid” (Vyana, Avstriya), “Slovan” (Liberets, Çex Respublikası), “Selta” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Feyenoord” (Niderland), “Austria” (Avstriya), “Maynts” (Almaniya), “Sürix” (İsveçrə), “Sautgempton” (İngiltərə)

4-cü səbət: “Panatinaikos” (Yunanıstan), “Sassuolo” (İtaliya), “Qarabağ” (AZƏRBAYCAN), “Astana” (Qazaxıstan), “Nitsa” (Fransa), “Zarya” (Ukrayna), “Astra” (Rumıniya), “Konyaspor” (Türkiyə), “Osmanlıspor” (Türkiyə), “Qəbələ” (AZƏRBAYCAN), “Hapoel” (Beer-Şeva, İsrail), “Dandolk” (İrlandiya).

Püşk nəticəsində Azərbaycanı Avroliqanın qrup mərhələsində təmsil edən “Qarabağ”la “Qəbələ”nin də rəqibləri bəlli olub:

“A” qrupu: “Mançester Yunayted”, “Fənərbağça”, “Feyenoord”, “Zarya”
“B” qrupu: “Olimpiakos”, APOEL, “Younq Boys”, “Astana”
“C” qrupu: “Anderlext”, “Sent-Etyen”, “Maynz”, “Qəbələ”
“D” qrupu: “Zenit”, “Az Alkmaar”, “Makkabi” (Təl-Əviv)
“E qrupu: “Viktoriya”, “Roma”, “Austria”, “Astra”
“F” qrupu: “Atletik”, “Genk”, “Rapid”, “Sassulo”

“G” qrupu: “Ayaks”, “Standard”, “Selta”, “Panatinaikos”
“H” qrupu: “Şaxtyor”, “Braqa”, “Gent”, “Konyaspor”
“İ” qrupu: “Şalke”, “Zalsburq”, “Krasnodar”, “Nitsa”
“J” qrupu: “Fiorentina”, PAOK, “Slovan”, “Qarabağ”
“K” qrupu: “İnter”, “Sparta”, “Sauthempton”, “Hapoel Beer Sheva”
“L” qrupu: “Villareal”, “Styaua”, “Sürix”, “Osmanlıspor”.

Həmin kateqoriyadan