“Qarabağ” və “Qəbələ”nin tarixi oyunlarının statistikası

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində cavab oyunları keçirildi. Allsport.az xəbər verir ki, bu mərhələdə Azərbaycanı təmsil edən “Qarabağ” doğma meydanda İsveçrənin “Yanq Boyz” klubu qəbul etdisə, “Qəbələ” səfərdə Yunanıstan “Panatinaikos”unun qonağı oldu.

Səfərdən minimal hesablı qələbə ilə qayıtmağa nail olan Ağdam klubu ev oyununda 3:0 hesablı darmadağına imza ataraq, tarixində ikinci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı.

Qəbələnin eyni adlı təmsilçisi isə doğma meydanda qolsuz heç-heçəyə razılaşdığı “Panatinaikos”la səfərdə 2:2 hesablı sərfəli nəticəyə imza ataraq, tarixində ilk dəfə qrup mərhələsinə yüksəldi.

“Qarabağ” – “Yanq Boyz”
Qol: 3-0
Qapıya (çərçivəyə) zərbə: 16 (10) – 2 (0)
Künc zərbəsi: 6-2
Qapıçı seyvi: 0-7
Ofsayd: 5-3
Sarı vərəqə: 1-3
Qırmızı vərəqə: 0-1
Qayda pozuntusu: 7-10
“Panatinaikos” – “Qəbələ”
Qol: 2-2
Qapıya (çərçivəyə) zərbə: 13 (5) – 6 (3)
Künc zərbəsi: 12-1
Qapıçı seyvi: 1-3
Ofsayd: 1-0
Sarı vərəqə: 4-3
Qırmızı vərəqə: 0-0
Qayda pozuntusu: 16-9

Həmin kateqoriyadan