“Qarabağ” vaxtından əvvəl Azərbaycan çempionu oldu

Bu gün Topaz Premyer Liqasında 34-cü tura yekun vurulub. Allsport.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub.

Öncə “Xəzər Lənkəran” ilə AZAL üz-üzə gəlib. Bu görüşdə meydan sahiblərin minimal hesablı qələbəyə seviniblər. Turun mərkəzi oyununda “Qəbələ” “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Prinsipial qarşılaşmada qalib müəyyənləşməyib. Növbəti çempionluğunu rəsmiləşdirmək istəyən “Qarabağ” isə bu dəfə “Sumqayıt”la qarşılaşıb. Ağdam klubu rəqibini məğlub yola salıb. Beləcə, Qurban Qurbanovun komandası vaxtından öncə çempionluğunu təmin edib.

Topaz Premyer Liqası
34-cü tur
16 may (şənbə)

“Xəzər Lənkəran” – AZAL – 1:0 (0:0)
Qol: R.Əmirquliyev, 82 (1:0).
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Elvin Əsgərov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 14. Rahid Əmirquliyev (k), 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 12. İlyas Səfərzadə, 32. Zaman Mirzəzadə, 34. Elnur İsmayılov, 16. İbrahim Qədirzadə, 99. Mahsun Qəmbərli.
Baş məşqçi: Yunis Hüseynov.
AZAL: 85. Kamal Bayramov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 13. Şəhriyar Rəhimov, 22. Eltun Yaqublu, 5. Kərim Diniyev, 8. Seymur Əsədov, 3. Xuan Fransisko, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 33. Kamal Mirzəyev.
Baş məşqçi: Tərlan Əhmədov.

“Qəbələ” – “İnter” – 1:1 (1:1)
Qollar: A.Qay, 5 (1:0). A.Məmmədov, 27 (1:1).
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Munis Abdullayev.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 32. Mixael Sivakov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 9. Viktor Mendi.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 17. Qismət Alıyev, 18. Ruslan Fomin, 26. Pavol Farkaş, 90. Ekiqo Ehiosun, 97. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.
“İnter”: 1. Georgi Lomaya (k), 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 11. Asif Məmmədov, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 23. Voyislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Abdulla Abatsiyev, 13. Mirsahib Abbasov, 15. Yohan Bokanyano, 19. Sezar Meza Kolli, 22. Əfran İsmayılov, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Sxadadze.

“Qarabağ” – “Sumqayıt” – 1:0 (1:0)
Qol: L.Corc, 33 (1:0).
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Vüsal Qənbərov, Orxan Məmmədov.
Bakı. “Bakcell Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 33. Şəhriyar Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
“Sumqayıt”: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 45. Murad Ağayev, 76. Uğur Pamuk, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 5. Cəmil Hacıyev, 9. Orxan Əliyev, 11. Şahin Əliyev, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov.
Baş məşqçi: Aqil Məmmədov.

Turun digər oyunu: “Simurq” – “Bakı” – 4:0.

Bombardirlər:
15 – Nurlan Novruzov (“Bakı”).
14 – Draqan Çeran (“Simurq”).
11 – Nikolas Kanales (“Neftçi”), Cavid Hüseynov (“Qəbələ”).
10 – Məhəmməd Qurbanov (“Sumqayıt”), Reynaldo Silva (“Qarabağ”).

Həmin kateqoriyadan