“Qarabağ” “Yanq Boyz” üçün 23 futbolçu sifariş etdi

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin “Yanq Boyz” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb. Allsport.az xəbər verir ki, Ağdam klubunun sifariş vərəqəsində 23 futbolçunun adı yer alıb.

Qeyd edək ki, onlardan üçü qapıçı, səkkizi müdafiəçi, on biri yarımmüdafiəçi, biri isə hücumçudur.

Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Xalid Oğuzxan;

Müdafiəçilər: 2. Qara Qarayev, 4. Eltun Yaqublu, 5. Maksim Medvedev, 14. Rəşad Sadiqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov, 9. Reynaldo, 10. Dani Kintana, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 67. Əlhərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev;

Hücumçu: 29. Raydell Pupon.

Qeyd edək ki, “Qarabağ”la “Yanq Boyz” arasındakı ilk oyun avqustun 20-də Berndə, cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.

Həmin kateqoriyadan