“Qarabağ” yenə də Azərbaycanın ən yaxşı göstəriciyə malik komandasıdır

Avrokubokların 2-ci təsnifat mərhələsinin oyunlarından sonra, Azərbaycan klublarının da UEFA reytinqindəki mövqelərində bir sıra dəyişiklər olub. Allsport.az saytı xəbər verir ki, Çempionlar Liqasında Lüksemburq “Düdelanj”ını mübarizədən kənarlaşdıran “Qarabağ” yenə də Azərbaycanın ən yaxşı göstəriciyə malik komandasıdır. “Atlılar” 14,075 xalla 116-cıdır. “Qarabağ”ın 3-cü təsnifat mərhələsindəki rəqibi – Çex Respublikasının “Viktoriya” klubu 36,075 xalla 48-ci sıradadır.

Avropa Liqasında Gürcüstan “Samtredia”sının ardından Macarıstan MTK-sını hər iki oyunda məğlub edərək, 3-cü təsnifata adlayan “Qəbələ” ölkəmizin ən yaxşı göstəriciyə malik 3-cü komandasıdır. Bu klub 9,325 xala malik “Neftçi”dən (156-cı yer) geri qalır. Belə ki, Roman Qriqorçukun drüjinasının hesabında hazırda 6,325 reytinq xalı var. “Qara-qırmızılar”ın hazırda 199-cu pilləyə qədər yüksəldiyini də qeyd edək. Komandanın növbəti rəqibi – Fransanın “Lill” klubu isə 19,716 xalla 86-cıdır.

“Neftçi” kimi, mübarizəni Avroliqanın 2-ci ələmədə dayandıran “Kəpəz” 3,575 xalla 309-cudur. Gəncə klubu “İnter”dən (5,575 xalla 216-cı) və “Xəzər Lənkəran”dan (4,075 xalla 286-cı) geri qalır. Ən zəif göstəriciyə malik təmsilçimiz “Bakı”dır – 3,325 xalla 319-cu pillə.

Həmin kateqoriyadan