“Qarabağ”da oynamaq üçün bunu etdim, yenə də təkrarlayaram”

“Qarabağ”la icarə müqaviləsi başa çatdıqdan sonra “Bornmut”a qayıdan Əsmir Beqoviçin “Aston Villa” və ya “Vest Hem”ə transferi yubanır. Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Eddi Hou bosniyalı qolkiperin premyer liqada qalmaq uğrunda mübarizə apardıqları rəqiblərə verilməsini istəmir.

Beqoviç “Bornmut”da qalmaq istəmir. Onun Eddi Hou ilə münasibəti qaydasında deyil. 32 yaşlı qolkiper başqa klubda daim oynamaq üçün həftəlik maaşının 110 min funt-sterlinqə endirilməsinə hazırdır.

Lakin bunun üçün ona klub da kömək etməlidir. “Daily Star” nəşrində Beqoviçin fikrinə də yer verilib: “Qarabağ”da oynamaq üçün bunu etdim, yenə də təkrarlayaram”.

Həmin kateqoriyadan