- Baxış sayı: 28
- 24 Avqust 2026 23:45

- Baxış sayı: 372
- Avqust 20, 2026
- 0


“Bornmut” qapıçısı Əsmir Beqoviçi yenidən icarəyə verib.
Allsport.az xəbər verir ki, bosniyalı qapıçı İtaliyanın “Milan” klubuna keçib. O, “qırmızı-qaralar”la müqavilə imzalamaq üçün Milan şəhərinə gəlib. Tibbi müayinədən sonra onunla mövsümün sonuna qədər saziş bağlanacaq.
32 yaşlı qolkiper mövsümün ilk yarısını Azərbaycan çempionu “Qarabağ”da keçirib. Təcrübəli qapıçı Ağdam klubunda 17 oyun keçirib və 16 qol buraxıb.