“Qarabağ”ın 3-cü təsnifatda rəqibi “Viktoriya” olacaq

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da növbəti mərhələdəki rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi püşk zamanı səpələnməmişlər səbətində yer alıb. Bu isə son Azərbaycan çempionunu daha güclü rəqiblə üz-üzə qoyacaqdı. Bunun üçün Qurban Qurbanovun komandası hələ 2-ci ələmədə rəqibini – Lüksemburqun “Düdelanj” klubunu tam üstələməlidir. Bakıda keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn “Qarabağ” səfərdə də bu üstünlüyünü qorumağa çalışacaq.

Bu rəqibini mübarizədən kənarlaşdıracağı halda, “Qarabağ”ı Çex Respublikasına səfər gözləyir. Ağdam klubu bu ölkənin “Viktoriya” (Plzen) komandası ilə qarşılaşmalı olacaq. 3-çüncü təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək.

Həmin kateqoriyadan