“Qarabağ”ın ÇL-dəki bütün potensial rəqibləri bilindi

Azərbaycan çempionu “Qarabağ” ölkəmizi yeni avrokuboklar mövsümündə UEFA Çempionlar Liqasında təmsil edəcək. Allsport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində qüvvəsini sınayacaq çempionumuz mübarizəyə ənənəvi olaraq, ikinci təsnifat mərhələsindən başlayacaq.

Artıq Ağdam klubunun 17 potensial rəqibinin hamısı müəyyənləşib. Azərbaycan çempionu iyunun 22-də baş tutacaq püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq.

“Qarabağ”ın son iki potensial rəqibi Bosniya və Herseqovinanın “Sarayevo” və Çernoqoriyanın “Rudar” komandası olub.

UEFA Çempionlar Liqası

Birinci təsnifat mərhələsi (ilk oyunlar – 30 iyun/1 iyul – cavab oyunları – 7/8 iyul):

Səpələnmişlər: “Nyu-Seynts” (Uels), “Levadiya” (Estoniya), “Pünik” (Ermənistan), “Santa-Koloma” (Andorra).
Səpələnməmişlər: “Kruseyders” (Şimali İrlandiya), “Torshavn” (Farer adaları), “Linkoln Red İmps” (Cəbəllütariq), “Folqore” (San-Marino).

İkinci təsnifat mərhələsi (14/15 – 21/22 iyul):

Səpələnmişlər: “Styaua” (Rumıniya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Ludoqorest” (Bolqarıstan), “Dinamo” (Xorvatiya), “Maribor” (Sloveniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “Malmö” (İsveç), “Qarabağ” (Azərbaycan), HİK (Finlandiya), “Molde” (Norveç), “Midtyulland” (Danimarka), “Videoton” (Macarıstan), “Şkenderbeu” (Albaniya), Polşa çempionu (“Lex” və ya “Legiya”).
Səpələnməmişlər: “Ventspils” (Latviya), “Dila” (Gürcüstan), “Trençin” (Sloveniya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Milsami” (Moldova), “Vardar” (Makedoniya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Rudar” (Çernoqoriya) və birinci təsnifat mərhələsinin 4 qalibi.

Həmin kateqoriyadan