“Qarabağ”ın da qrup oyunlarının təqvimi bəlli oldu

“Qarabağ”ın da qrup oyunlarının təqvimi bəlli oldu

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Allsport.az xəbər verir ki, bu gün Monakoda keçirilən püşkatmanın nəticələrinə əsasən J qrupunda yer alan “atlılar” avrokubokların əsas mərhələsində ilk matçını səfərdə keçirəcək.

Komandamız sentyabrın 17-də İngiltərənin aparıcı klublarından olan “Tottenhem”in qonağı olacaq. 2 həftə sonra Bakıda Belçika “Anderlext”ini qəbul edəcək “Qarabağ” ardınca Fransa “Monako”su ilə ardıcıl 2 matçda qüvvəsini sınayacaq. V turda “Tottenhem”i qəbul edəcək Qurban Qurbanovun çalışdırdığı komanda mərhələni Belçikadakı səfər oyunu ilə tamamlayacaq.

UEFA Avropa Liqası
Qrup mərhələsi
J qrupu

I tur, 17 sentyabr
“Tottenhem” (İngiltərə) – “Qarabağ”

II tur, 1 oktaybr
“Qarabağ” – “Anderlext” (Belçika)

III tur, 22 oktyabr
“Monako” (Fransa) – “Qarabağ”

IV tur, 5 noyabr
“Qarabağ” – “Monako” (Fransa)

V tur, 26 noyabr
“Qarabağ” – “Tottenhem” (İngiltərə)

VI tur, 10 dekabr
“Anderlext” (Belçika) – “Qarabağ”

Həmin kateqoriyadan