“Qarabağ”ın həndbolçusu: Bakı üçün hədsiz darıxıram

“Təəssüf ki, mən vətənim Rusiyaya, doğma şəhərim Çelyabinskə dönmək məcburuyyətində qaldım. 3 ildir Bakıda yaşayıram. İndi paytaxtınız üçün hədsid darıxıram”.

Bunu allsport.az saytına qadın hənbolçulardan ibarət “Qarabağ” klubunun üzvü Alina Kuznetsova deyib. 24 yaşlı legionçunun sözünə görə, təcrid olmasına rəğmən, çalışmadan qalmır:

“Çelyabinsk Rusiyanın Asiya hissəsində, Ural dağlarının şərq yamacında yerləşir. Bu üzdən buralar indi də çox soyuqdur. Qar hələ təzə əriməyə başlayıb. Yaşadığımız evin qarşı tərəfində meşə var. Daim orda qaçıram. Allah qoysa, karantin bitsin, Bakıya dönəcəyəm”.

Həmin kateqoriyadan