“Qarabağ”ın ilk oyunu rumın hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Çernoqoriya “Rudar”ı arasında keçiriləcək ilk matçın hakimləri açıqlanıb. Allsport.az xəbər verir ki, görüşü rumıniyalı referilər idarə edəcəklər.

Baş hakim Sebastyan Kolteskudur. Ona Radu Adrian Ştefan Ginquleak, Mirma Mixail Qriqoriu, George Katalin Qaman kömək edəcək.

“Qarabağ” (Azərbaycan) – “Rudar” (Monteneqro)
Baş hakim: Sebastyan Koltesku
Köməkçi hakimlər: Radu Adrian Ştefan Ginquleak, Mircea Mixail Qriqoriu
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
Hakim inspektor: Volodimir Petrov ( Ukrayna)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
15 iyul. Tofiq Bəhramov adına Respublika stadionu. 21:30

Həmin kateqoriyadan