“Qarabağ”ın potensial rəqib siyahısı dəqiqləşdi

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində atılacaq püşkatmada qitənin ən nüfuzlu klub turnirindəki təmsilçiz – son çempion “Qarabağ”ın da növbəti rəqibi bəlli olacaq.

Düzdür, hələ Ağdam klubu növbəti mərhələyə vəsiqəni təmin etməyib. İkinci təsnifat mərhələsindəki rəqibi “Rudar”la (Çernoqoriya) doğma meydanda qolsuz bərabərliyə razılaşan təmsilçimiz bu komandanı keçsə, növbəti mərhələdə kiminlə qarşılaşacağını məhz bu gün biləcək.

Qeyd edək ki, “Qarabağ” – “Rudar” cütü üçüncü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər səbətindədir. Bu isə sözügedən komandaların növbəti mərhələyə adlayacağı halda daha güclü rəqiblə qarşılaşacağından xəbər verir.

Üçüncü təsnifat mərhələsinin bütün iştirakçılarının və səbətlərin tərkibini sizə təqdim etmişdik. Artıq UEFA püşkatma öncəsi ənənəvi olaraq komandaları müvafiq qruplara ayırıb. “Qarabağ” – “Rudar” cütünün də beş potensial rəqibi məlum olub. Belə ki, bu komandalar aşağıdakı klublardan biri ilə qarşılaşmalı olacaq:

“Bazel” (İsveçrə)
“Trençin” (Slovakiya) – “Styaua” (Rumıniya) cütünün qalibi (ilk oyun: 0:2)
“Seltik” (Şotlandiya) – “Styarnan” (İslandiya) cütünün qalibi (2:0)
“Ludoqorets” (Bolqarıstan) – “Milsami” (Moldova) cütünün qalibi (0:1)
“Maribor” (Sloveniya) – “Astana” (Qazaxıstan) cütünün qalibi (1:0)

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Həmin kateqoriyadan