“Qarabağ”ın rəqibi ölkə çempionatında liderliyi ələ keçirdi

Belçika çempionatında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Anderlext” də növbəti matçını keçirib.

Sözügedən klub doğma meydanda “Brügge” ilə qarşılaşıb. Matç 3:1 hesabı ilə “Qarabağ”ın rəqibinin xeyrinə başa çatıb.

Qeyd edək ki, “Anderlext” 12 turdan sonra 25 xalla birinci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan